Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün mayın 22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Bu barədə BUTA.TV-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildiriib ki, deputat Fəzail Ağamalı MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak edəcək. Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, rəqəmsal mühitdə vətəndaşların hüquqlarının təmin edilməsi və qorunması üzrə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, dövlətin ekoloji siyasətinin yerli səviyyədə həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
Deputat Jalə Əliyeva qurumun Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclasına qatılacaq. Yığıncaqda “Orqanik kənd təsərrüfatı haqqında”, “Atmosfer havasının qorunması haqqında”, “Torpağın mühafizəsi haqqında”, “Ekoloji monitorinq haqqında” model qanun layihələrinə və digər məsələlərə baxılacaq.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Səfər mayın 25-də başa çatacaq.
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!