Amerikanın təhlükəsizlik və kəşfiyyat orqanları var. Əhməd bəy özü də koma halında deyil. Danışır, məlumat verir. Hətta deyib ki, 6 nəfər idi və onları tanıyır.
Bu sözləri BUTA.TV-a ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı Günaz TV-nin rəhbəri Əhməd Obalının vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.
O, bu hadisədə terror izi olmadığını bildirib:
“Əgər terror aktı olarsa, Amerika dövləti, gizli servisi lazım olan raporu verəcək. Əgər açıqlamasalar, demək, adi savaş və toqquşma olub. Əhməd bəyin restoranı var. Müştərilər bəzən problem yaradır. Hadisə bu səbəbdən də ola bilər. Bunların hamısı ehtimaldır. Amma çox üzüldük və keçmiş olsun deyirik”.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
M.Çöhrəqanlı İran hökuməti tərəfindən Amerikada yaşayan milli fəallara, həmçinin ona qarşı belə bir təhlükənin ola biləcəyini düşünmədiyini bildirib:
“Hiss edirəm ki, Amerikanın təhlükəsizlik orqanlarının nəzarəti altındayıq. Bizi qoruyur. 20 ildir buradayam, mənə qarşı bir hadisə və ixtilaf olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayaacq. Olsa da olsun. Azərbaycan televizyalarından birinə demişdim ki, bu fars-molla rejimi bizim maddi-mənəvi varlığımızı məhv etməkdədir. Biz ölməliyik ki, milli varlığımız ölməsin. Biz can və qan verməliyik ki, Azərbaycanımız yaşasın”.
Qeyd edək ki, ABŞ-da mühacir həyatı yaşayan Əhməd Obalı 6 nəfərin hücumuna məruz qalıb və şiddətli şəkildə döyülüb. Ona İran xüsusi xidmət orqanları tərəfindən sui-qəsd edildiyi də istisna deyil.
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!