Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu söyləyib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.
“Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə yaxşıdır”, - o, bildirib.
Baş nazir Ağrı dağı ilə bağlı məsələni Türkiyə tərəfdən baxmağı təklif edib:
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
“Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. Ermənistanda uşaqlar bunu necə bilirlər?”
Paşinyan bunu hökumətin təhsil siyasətinin nəticəsi kimi qiymətləndirib:
“Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”.
Onun sözlərinə görə, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər:
“İndi isə sual verirəm: Ermənistanda ən yüksək dağ hansıdır? Cavab: Araqats".
- “Bizi Trampın qarşısında utandırdınız” - Netanyahu qəzəbləndi
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa DÇ-yə qələbə ilə başladı - Video-Yenilənib