2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
“2022-2023 tədris ilində məktəb hansı rəngi seçibsə, üç il müddətində həmin rəngdən istifadə etməlidir. Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manata olacaq. Parçalar Türkiyə və Belarusdan gəlir. Ötən il olduğu kimi bu il formaların ölçülərinin tapılmaması ilə bağlı problem yaşanmayacaq. 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək”, – deyə E.Əzimov əlavə edib.
Xatırladaq ki, ötən il yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunurdu.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
- Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
- Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video
- Messi şou göstərdi, Argentina darmadağına sevindi - Yenilənir - Video
- “Bizi Trampın qarşısında utandırdınız” - Netanyahu qəzəbləndi
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video