Qərb Kiyevə F-16-lar verir: Moskvadan sərt reaksiya

16:42 - 26 Avqust 2023 - GÜNDƏM

 Qərb Kiyevə F-16-lar verir: Moskvadan sərt reaksiya

Avropa ölkələrinin Ukraynanı F-16 qırıcıları və Mi-24V helikopterləri ilə təchiz etmək planları onların Ukrayna ətrafındakı münaqişədə artan iştirakını təsdiqləyir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

“"Çexiya ordusu ABŞ-a məxsus döyüş helikopterlərini aldıqdan sonra Rusiya istehsalı olan Mi-24V helikopterlərini Kiyevə təhvil verməyə hazırlaşır. Bundan başqa, keçən həftə V. Zelenskinin bir sıra Avropa ölkələrinə səfərindən sonra Danimarka, Norveç və İsveç hakimiyyət orqanlarının F-16 qırıcılarını Kiyevə təhvil verməyi planlaşdırdığı məlum olub. Bütün bu hərəkətlər qərblilərin Rusiyaya qarşı düşmən münasibətini, onların Ukrayna münaqişəsində artan iştirakını təsdiqləyir” - Zaxarova bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol