Bakıda klassik avtomobillərin sərgisi oldu - Foto

21:38 - 26 Avqust 2023 - GÜNDƏM

 Bakıda klassik avtomobillərin sərgisi oldu - Foto

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 26-da Bakıda klassik avtomobillərin sərgisi keçirilib.

Kult.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə avqustun 27-də keçiriləcək yürüş üçün qeydiyyatdan keçmiş klassik avtomobillər, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən avtomobil sərgisinin eksponatları sırasında olan bəzi nəqliyyat vasitələri yer alıb. Ümumilikdə sərgidə 140-dan çox avtomobil nümayiş olunub.

Sərgidə unikallığı ilə seçilən avtomobil də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz Qaz-M21 Volqa avtomobili üzərində yaradılıb. Bu, avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.

Sərgidə 1983-cü ilədək istehsal olunmuş retro nəqliyyat vasitələri nümayiş etdirilib. Ən qədim avtomobil isə 1931-ci il istehsalı olan Ford Model A markalı maşın olub.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda bu siqaretlər bahalaşdı - Siyahı

Qeyd edək ki, klassik avtomobillər avqustun 27-də Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzi istiqamətinədək yürüş edəcəklər.

50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada da sərgisi təşkil olunacaq. Tamaşaçılara həmçinin tanınmış ifaçıların iştirakı ilə konsert təqdim ediləcək.

Əyləncə proqramına müsabiqələrin, müxtəlif nominasiyalarda hədiyyələrin təqdimatı da daxildir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol