Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin özünü təcrid etməsi aradan qaldırıldı.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım yola salması ilə bağlı “X” hesabında yazıb.
O, sağlam düşüncənin qalib gələcəyinə ümid etdiyini vurğulayıb:
“Yerli sakinlər Azərbaycanın suverenliyinə, bütövlüyünə və qanunlarına hörmət çərçivəsində ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar”, - diplomat bildirib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti avqustun 29-da Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.
- İranda etirazçılar öldürülsə... - Trampdan yeni xəbərdarlıq
- Reabilitasiya mərkəzindən qaçan Nəsimi Nəbizadə tapıldı
- İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi
- Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan
- ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək
- Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır
- Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...
- Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants