Son günlər mövsümlə əlaqədar çinar ağaclarının yarpaqlarının kütləvi tökülməsi baş verir. Xəzəl və digər məişət tullantılarının qrafikə uyğun olaraq gün ərzində toplanıb daşınmasında xüsusi təyinatlı nəqliyyat vasitələrinin istismar müddəti bitdiyindən müəyyən çətinliklər yaranmışdır.
Bu barədə BUTA.TV-a Göyçay Rayon İcra Hakimiyyəti məlumat verib.
“Toplanmış xəzəl və digər tullantıların gün ərzində daşınmasını təmin etmək üçün Şəhər Təsərrüfatı Birliyi tərəfindən əlavə işçi qüvvəsi cəlb edilmişdir. Mövcud problem məlumdur və nəzarətdədir. Yeni xüsusi təyinatlı nəqliyyat vasitələrinin ayrılması ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılır.
Həmçinin bildiririk ki, şəhər ərazisində hər gün müəyyən edilmiş qrafikə uyğun olaraq gecə saatlarında məişət tullantılarının götürülməsi təmin edilir. Lakin aparılan təmizlik işlərinə baxmayaraq, vətəndaşlar tullantıları müəyyən edilməmiş əraziyə atırlar”, - məlumatda deyilir.
Qeyd edək ki, Göyçay sakinləri şəhərdə zibillərin daşınmadığı barədə redaksiyamıza görüntü göndərib.
- İranda etirazçılar öldürülsə... - Trampdan yeni xəbərdarlıq
- Reabilitasiya mərkəzindən qaçan Nəsimi Nəbizadə tapıldı
- İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi
- Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan
- ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək
- Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır
- Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...
- Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants