Son günlər mövsümlə əlaqədar çinar ağaclarının yarpaqlarının kütləvi tökülməsi baş verir. Xəzəl və digər məişət tullantılarının qrafikə uyğun olaraq gün ərzində toplanıb daşınmasında xüsusi təyinatlı nəqliyyat vasitələrinin istismar müddəti bitdiyindən müəyyən çətinliklər yaranmışdır.
Bu barədə BUTA.TV-a Göyçay Rayon İcra Hakimiyyəti məlumat verib.
“Toplanmış xəzəl və digər tullantıların gün ərzində daşınmasını təmin etmək üçün Şəhər Təsərrüfatı Birliyi tərəfindən əlavə işçi qüvvəsi cəlb edilmişdir. Mövcud problem məlumdur və nəzarətdədir. Yeni xüsusi təyinatlı nəqliyyat vasitələrinin ayrılması ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılır.
Həmçinin bildiririk ki, şəhər ərazisində hər gün müəyyən edilmiş qrafikə uyğun olaraq gecə saatlarında məişət tullantılarının götürülməsi təmin edilir. Lakin aparılan təmizlik işlərinə baxmayaraq, vətəndaşlar tullantıları müəyyən edilməmiş əraziyə atırlar”, - məlumatda deyilir.
Qeyd edək ki, Göyçay sakinləri şəhərdə zibillərin daşınmadığı barədə redaksiyamıza görüntü göndərib.
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma