Müharibə getdikcə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Pskovdakı hərbi aerodroma endirilən zərbələrlə bağlı X səhifəsində yazıb.
“Birincisi, bu, itirilmiş cəbhə komponentinin və bölgələrdə real qüvvələrə nəzarət sistemlərinin olmamasının nəticəsidir. İkincisi, Rusiya ərazisinə zərbə endirilməməsi ilə bağlı çağırışlar qəribə görünür. Bu çağırışlar Rusiyanı işğalı davam etdirməyə təşviq edir. Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün tərəfdaşlarının silahlarından istifadə etməmək öhdəliyinə ciddi şəkildə riayət edir və yalnız müdafiə müharibəsi aparır.
Üçüncüsü də Putin danışıqlar üçün tamamilə yararsız subyektdir. Priqojinin nümayişkaranə şəkildə öldürülməsinin tarixi göstərir ki, Putin heç bir razılaşmaya əməl etməyəcək, heç bir razılaşma istəmir və yalnız eskalasiyaya, qətllərin və dağıntıların miqyasını artırmağa yönəlib. Deməli, nə qədər ki, Putin prezident olaraq qalır, müharibə davam edəcək", - Podolyak bildirib.
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma
- Azərbaycanda bu vəzifələr ləğv olundu