Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Zəfər Bayramı ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.
"Bu gün qardaş Türkiyənin Zəfər Bayramını təntənəli şəkildə qeyd edirik. Bu gün Azərbaycan və Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Əlaqələrin bu səviyyəyə çatmasında dövlət başçılarının müstəsna xidmətləri var. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və rifahın yüksəlməsinə xidmət edir. İki ölkə arasında döyüş hazırlığı təlimlərinin artırılması nəzərdə tutulub. Yəni iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Türkiyənin Zəfər Bayramını təbrik edir, şəhidlərin xatirəsini dərin ehtiramla anıram", - deyə K.Vəliyev əlavə edib.
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma
- Azərbaycanda bu vəzifələr ləğv olundu