Ermənilər xeyli itki verdiklərini etiraf etdi: Ağır döyüş gedir

18:40 - 1 Sentyabr 2023 - GÜNDƏM

 Ermənilər xeyli itki verdiklərini etiraf etdi: Ağır döyüş gedir

Elə indi sizin zənginizdən bir neçə dəqiqə əvvəl mənə xəbər verdilər ki, Vardenis və Sotk istiqamətində şiddətli döyüşlər gedir”.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş erməni döyüşçü Aşot Sevyan danışıb.

“Vardenis yaxınlığında çox vacib bir yüksəklik var, indi düşmənin niyyəti həmin yüksəkliyi ələ keçirməkdir. Əgər o yüksəkliyi tuta bilsələr, o zaman ümumiyyətlə Vardenis və Sotku unutmalıyıq.

Bizim çoxlu ölən və yaralımız var. Ancaq bizim uşaqlar hələ də müqavimət göstərməyə çalışırlar. Düşmənin planları arasında Göyçə gölünün şərq sahilindəki hakim yüksəklikləri tutmaq var. Onlar bu barədə 44 günlük müharibə vaxtı demişdilər ki, özlərinin tarixi torpaqlarına gələcəklər”, – deyə o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol