Cari ilin oktyabrın 26-27-də Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində kibermüharibə yarışı təşkil ediləcək.
Bunu BUTA.TV-a Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi Tural Məmmədov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber Knowledge Day) həsr olunmuş tədbir çərçivəsində deyib.
T.Məmmədovun sözlərinə görə, bu yarışda dövlət qurumları ilə yanaşı özəl sektorun nümayəndələri də iştirak edəcək:
“Bu yarışda kritik infrastruktura sadiq dövlət qurumları, banklar, mobil operatorlar, maliyyə sektoru, internet provayderlərin komandaları iştirak edəcək. Virtual kiber hücum həyata keçiriləcək və komandalara verilmiş virtual sistemlər vasitəsi ilə infrastrukturu necə qoruyacaqları yoxlanılacaq.
Bu yarışla paralel kiberhəllər sərgisi keçiriləcək ki, burada da beynəlxalq vendorların məhsulları, həlləri ilə tanışlıq mümkün olacaq. Eyni zamanda paralel olaraq təhlükəsizlik konfransı və təlimlər təşkil olunacaq”.
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı
- Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO