Belarus Polşa səfirini XİN-ə çağırdı

23:08 - 1 Sentyabr 2023 - GÜNDƏM

 Belarus Polşa səfirini XİN-ə çağırdı

Polşanın Belarusdakı müvəqqəti işlər üzrə vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Ondan Polşa helikopterinin Belarus sərhəddini pozması ilə əlaqədar izahat tələb olunub.

BUTA.TV xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Polşa tərəfindən müvafiq izahatların verilməsi və insidentlə bağlı hərtərəfli araşdırma aparılması tələb olunur. İstintaqın nəticələri, baş verənlərin səbəbləri haqda beynəlxalq münasibətlərdə olduğu kimi müəyyən müddətdə Belarus tərəfinə məlumat verilməlidir”, - məlumatda deyilir.

Qeyd edək ki, bu gün Polşanın Mi-24 helikopteri Belarus hava sərhədini pozub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol