Fransanın “L’Opinion” qəzetində Laçın yolu ətrafındakı vəziyyət barədə məqalə dərc olunub.
BUTA.TV xəbər verir ki, məqalənin müəllifi Jan-Dominik Merşe Ermənistan rəhbərliyinin danışıqlar prosesini süni şəkildə ləngitdiyini və bundan əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəsdən yayındığını bildirən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirir. Belə ki, Elçin Əmirbəyovun sözlərinə görə, erməni tərəfinin məqsədi “mümkün qədər vaxt qazanmaq və mövcud status-kvonu möhkəmləndirməkdir”.
Merşe göstərir ki, erməni separatçıları Azərbaycan hakimiyyəti tərəfindən göndərilən humanitar yükü daşıyan avtomobil karvanının Qarabağın ermənilərin məskunlaşdığı ərazilərinə keçməsinin qarşısını almaq üçün bu həftə Ağdamdan keçən yolu bağlayıblar. Nəşrdə deyilir ki, onlar bu davranışı həmin ərazilər üzərində Azərbaycanın suverenliyini tanımaq istəmədikləri ilə izah edirlər.
Məqalədə qeyd edilir ki, Bakı, öz növbəsində, bu humanitar məsələnin siyasiləşdirilməsini qəbuledilməz hesab edir və erməni əhalisini ərzaq və digər zəruri mallarla təmin etmək üçün müxtəlif marşrutlarla bağlı hər cür ayrı-seçkiliyi rədd edir. Müəllif vurğulayır ki, Azərbaycan Ağdam yolu açılandan sonra Laçın yolunun tam açılmasını təmin etməyə hazır olduğunu bildirib.
Nəşrdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin fikrindən bir daha sitat gətirilir. E.Əmirbəyovun “Sülh sazişi üzrə danışıqlarda konkret irəliləyişin mövcud olmadığı şəraitdə hərbi qarşıdurma riski artır” sözləri oxucuların diqqətinə çatdırılıb.
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı
- Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO