Yevlaxda Qarabağın erməni icması ilə görüş barədə razılıq nəinki Azərbaycanın, bütövlükdə regionun inkişafı üçün yeni səhifə açacaq. Qarabağdakı yanar ocaq artıq söndürülüb. Bu o deməkdir ki, Qafqaz dayanıqlı sülhə heç zaman indiki qədər yaxın olmayıb. Təbii ki, bu tarixi anları bizlərə yaşadan müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu oldu.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkilinin sözlərinə görə, bu razılaşma Qarabağın inkişafı və reinteqrasiyası baxımından da vacibdir:
“Anlaşma işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərini, o cümlədən məskunlaşma prosesini sürətləndirməklə yanaşı, Qarabağın inkişafına da əsas yaradacaq. Ermənistan işğalı nəticəsində Qarabağ uzun müddətdir ki, inkişafdan geri qalıb. Bu tarixi gün imkan verəcək ki, bütövlükdə Qarabağ və Şərqi Zəngəzuru yenidən inkişaf etdirib ölkə iqtisadiyyatına reinteqrasiyasına nail olunsun.
Bu baxımdan, Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu mərhələ ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün yeni imkanlar yaradacaq. Tezliklə Qarabağ Azərbaycan iqtisadi inkişafının yeni lokomotivinə çevriləcək”.
Qeyd edək ki, bu gün Yevlaxda Qarabağın erməni icması ilə reinteqrasiya danışıqları aparılacaq.
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...