Nikol “Qarabağda ermənilərə təhlükə yoxdur” deyir…

08:02 - 22 Sentyabr 2023 - GÜNDƏM

 Nikol “Qarabağda ermənilərə təhlükə yoxdur” deyir…

Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağda mülki ermənilərə birbaşa təhlükə yoxdur, ermənilərin Azərbaycan Ordusu tərəfindən kütləvi öldürülməsi kimi iddialar yalandır” sözləri beynəlxalq müstəvidə Bakıya qarşı ittihamların qarşı yaxşı arqumentə çevrilə bilər.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Paşinyanın bu açıqlamasının ermənilərin Qarabağdan çıxmasının qarşısını almaq məqsədi daşıdığı da aydındır:

“Bunun baş verməsi Ermənistana təkcə sosial-iqtisadi problem vəd etmir, həm də çıxan ermənilər Paşinyan hakimiyyətinə qarşı etiraz elektoratını genişləndirəcək.

Lakin Ermənistan hakimiyyəti buna paralel olaraq hazırlıqlara da başlayıb. Artıq 40 minlik yer hazırdır, bu isə ermənilərin Qarabağdan çıxmaq perspektivindən xəbər verir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol