Salyanda mikroavtobus kanala aşdı: ölən var

09:36 - 22 Sentyabr 2023 - GÜNDƏM

 Salyanda mikroavtobus kanala aşdı: ölən var

Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı mikroavtobus anidən idarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.

İlkin məlumata görə, qəza zamanı Eyyubova Dəyanə Mükafat qızı hadisə yerində dünyasını dəyişib.

Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdıra aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol