Şuşanın girişində "erməni qələbə rəmzi" götürüldü - Video

11:36 - 22 Sentyabr 2023 - GÜNDƏM

 Şuşanın girişində

1992-ci ildəki işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində "qələbə" simvolu kimi qoyulan tank abidəsi götürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Həmin tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Sözügedən tank Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra isə bərpa edilərək, Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol