Siyasi və tarixi baxımdan Qarabağ məsələsinə son qoyuldu

15:06 - 22 Sentyabr 2023 - GÜNDƏM

 Siyasi və tarixi baxımdan Qarabağ məsələsinə son qoyuldu

Yaxın gələcəkdə hərtərəfli sülh müqaviləsinin Azərbaycan və Ermənistan arasında əldə olunması ilə bağlı vəziyyət irəli gedə bilər.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

O bildirib ki, son günlər Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirləri ölkənin daxili işidir:

“Sentyabrın 20-də yeni tarixi mərhələ başlayıb və Azərbaycan nəhayət öz suverenliyini bərpa edib. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktı Ermənistanın Baş naziri Nikol Paşinyan da Praqada verdiyi bəyanatda tanıyıb və buna görə də Azərbaycanın suveren ərazisində lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Siyasi və tarixi nöqteyi-nəzərdən bu məsələyə son qoyulduğunu söyləmək, şübhəsiz ki, mümkündür və lazımdır. Erməni əhalisinin reinteqrasiyası, təhlükəsizliyi, bu ərazidə mühüm infrastruktur və iqtisadi layihələrin hazırlanması kimi məsələlər artıq gündəmdə olacaq və var. Buna bizim Rusiya sülhməramlı kontingentimiz kömək edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol