Saxta təkliflərə aldanmayın – ETX-dən xəbərdarlıq

17:34 - 22 Sentyabr 2023 - GÜNDƏM

 Saxta təkliflərə aldanmayın – ETX-dən xəbərdarlıq

Son zamanlar vətəndaşlara qarşı yönəlmiş iş təklifi adı ilə kiberdələduzluq halları müşahidə edilir. Özlərini hər hansı bir şirkətin nümayəndəsi kimi təqdim edən kiberdələduzlar vətəndaşlara iş təklifi ilə bağlı mesajlar göndərirlər. Onlar müxtəlif saxta veb səhifələr yaradaraq vətəndaşlara iş tapmağı, passiv gəlir əldə etməyi vəd edirlər. Vətəndaş saxta veb resursda qeydiyyatdan keçdikdən sonra ondan fərdi məlumatlarını və bank kartı məlumatlarını təqdim etmək tələb olunur.

Bu barədə BUTA.TV-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə aldanmamağı, tanımadıqları şəxslərdən gələn şübhəli linklər vasitəsilə fərdi məlumatlarını, eləcə də bank kartı məlumatlarını daxil etməməyi tövsiyə edir. Hər hansı şirkət və qurum adından belə təkliflər aldıqda ilkin olaraq həmin müəssisə ilə əlaqə saxlayın və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyünü dəqiqləşdirin.

Həmçinin, vətəndaşlar belə hallarla qarşılaşdıqda www.cert.az saytı, 1654 qaynar xətti, [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verə bilərlər”, - qurumdan bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol