Zəngəzur dəhlizi bu baxımdan həlledici rol oynayacaq

20:18 - 22 Sentyabr 2023 - GÜNDƏM

 Zəngəzur dəhlizi bu baxımdan həlledici rol oynayacaq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağını bildirib.

BUTA.TV xəbər verir ki, Ceyhun Bayramov bu barədə Nyu Yorkdakı Türk Evində Türk Dövlətləri Təşkilatının (TDT) XİN başçılarının qeyri-rəsmi iclasında danışıb.

O, regionun nəqliyyat-tranzit potensialının tam şəkildə reallaşdırılmasının, ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində birgə səmərəli tədbirlərin görülməsinin vacibliyini qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol