Azərbaycana payız fəsli daxil oldu

11:26 - 23 Sentyabr 2023 - GÜNDƏM

 Azərbaycana payız fəsli daxil oldu

Azərbaycana payız fəsli daxil olub.

BUTA.TV xəbər verir ki, Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçib.

Bununla da Şimal yarım kürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.

Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşür və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olur.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol