Sülh müqaviləsi üçün yaxşı imkanlar yarandı - Prezident

18:48 - 23 Sentyabr 2023 - GÜNDƏM

 Sülh müqaviləsi üçün yaxşı imkanlar yarandı - Prezident

Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanlar yaranıb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbulu zamanı deyib.

Görüşdə, eyni zamanda, dövlətimizin həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol