70 ton humanitar yük Laçın yolu vasitəsilə keçdi

21:02 - 23 Sentyabr 2023 - GÜNDƏM

 70 ton humanitar yük Laçın yolu vasitəsilə keçdi

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri üçün nəzərdə tutulan təqribən 70 ton humanitar yük Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanıyla Laçın yolu ilə keçib.

BUTA.TV xəbər verir ki, BQXK məlumat yayıb.

Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan humanitar yükə 66 ton un, 2 700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir.

BQXK komandası həmçinin döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Məlumatda bildirilir ki, BQXK humanitar fəaliyyətlə bağlı bütün iştirakçılarla dialoq aparır. Bununla yanaşı, itkin düşən şəxslərin axtarışı davam edir, onların ailələri ilə əlaqə saxlanılır.

Humanitar ehtiyacların miqyasını nəzərə alaraq, BQXK səhiyyə, məhkəmə-tibbi ekspertiza, humanitar müdafiə məsələləri, silahlar və partlamamış sursatlarla bağlı təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış kadrları əlavə etməklə regiondakı iştirakını artırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol