Azərbaycanı dəstəkləməyə davam edəcəyik - Gülər

22:30 - 23 Sentyabr 2023 - GÜNDƏM

 Azərbaycanı dəstəkləməyə davam edəcəyik - Gülər

Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı haqlı addımları böyük məmnunluqla izləyirik, onu dəstəkləməyə davam edəcəyik.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Əziz qardaşımız Azərbaycanı “iki dövlət, bir millət” anlayışı ilə dəstəkləməyə davam edirik. Eyni zamanda Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər və Somali kimi qardaş və dost ölkələrin haqlı davalarını dəstəkləyirik və bir çox bölgələrdə regional və dünya sülhünə töhfə verməyə davam edəcəyik”, - Y.Gülər qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol