Bu 2 vasitə yüksək təzyiqi salır

02:08 - 24 Sentyabr 2023 - GÜNDƏM

 Bu 2 vasitə yüksək təzyiqi salır

Tərkibində kversetin flavanoidi olan qida və içkilər arterial təzyiqin dərmanıdır.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bu maddə qırmızı, yaşıl və bənövşəyi meyvə-tərəvəzlərdə olur.

Çinin Cənub Tibb Universitetinin alimləri yeni tədqiqatda hansı kversetinli vasitənin təzyiqi saldığını müəyyən edib. Onlar 900 insanı təhlil ediblər.

Bu adamların hamısı təzyiqdən əziyyət çəkirdi və tədqiqat müddətində kversetinli qida əlavəsi qəbul ediblər. Kversetin alma, üzüm, qaragilə, ispanaq, kələm, çay, qırmızı şərab, pomidorda olur.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Nəticələr göstərib ki, kversetin sistolik təzyiqi 3,9 millimetr civə sütunu, diastolik (aşağı) göstəricini isə 2,8 millimetr salır.

Alimlər bildirir ki, arterial təzyiqin azı 10 mm salınması ürək-damar xəstəlikləri riskini 50% azaldır. Ona görə də qırmızı şərab, qırmızı alma və ispanaq təzyiq xəstələrinin masasında olmalıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol