Lavrovdan şok: Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, şərtimiz var

02:10 - 24 Sentyabr 2023 - GÜNDƏM

 Lavrovdan şok: Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, şərtimiz var

Rusiya Kiyevin Müstəqillik Bəyannaməsində təsbit olunmuş bütün vədlərinin yerinə yetirilməsi şəraitində Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında işin yekunlarına dair mətbuat konfransında deyib.

"Əlbəttə, hələ 1991-ci ildə biz Ukraynanın Sovet İttifaqından çıxarkən qəbul etdiyi Müstəqillik Bəyannaməsi əsasında Ukraynanın suverenliyini tanımışdıq. Bəyannamədə çox yaxşı şey var, o cümlədən milli azlıqların hüquqlarına hörmət edəcəklər, rus dilinin və digər dillərin hüquqlarına hörmət edəcəklər. Rus dili orada birbaşa qeyd olunur. Sonra bütün bunlar Ukrayna Konstitusiyasına da daxil edildi", - Lavrov vurğulayıb.

Lavorv bildirib ki, Ukraynanın bütövlüyünü yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə dəstəkləyir:
"Amma Müstəqillik Bəyannaməsində bizim üçün əsas məqamlardan biri Ukraynanın bloklara qoşulmayan ölkə olması və heç bir hərbi ittifaqa girməyəcəyi idi. Bu şərtlər altında biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik".

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Lavrov BMT Nizamnaməsi əsasında suveren dövlətlər arasında münasibətlərin prinsipləri haqqında Bəyannaməni xatırladıb:

“Orada deyilir ki, suverenlik və ərazi bütövlüyü haqqında, hər kəs xalqların öz müqəddəratını təyinetmə prinsipinə hörmət edən və bunun sayəsində müəyyən bir ərazidə yaşayan bütün əhalini təmsil edən ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə borcludur.

Bizim Ukraynanın ərazi bütövlüyü ilə bağlı heç bir problemimiz yoxdur, onu dövlət çevrilişini həyata keçirənlər və dəstəkləyənlər dağıdıblar, onların liderləri öz xalqlarına qarşı müharibə elan edib, öz xalqlarını bombalamağa başlayıblar”, - rusiyalı nazir çıxışını yekunlaşdırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol