Rusiya donanması öz funksiyalarının 20%-ni yerinə yetirir

02:42 - 24 Sentyabr 2023 - GÜNDƏM

 Rusiya donanması öz funksiyalarının 20%-ni yerinə yetirir

Hazırda Rusiya Qara dəniz Donanması öz funksiyalarının yalnız 20%-ni yerinə yetirməyə qadirdir.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musienko ölkə ordusunun Rusiyanın qərargahına uğurlu zərbə endirməsini şərh edərkən deyib.

"Sevastopolda baş verənlər Ukrayna ordusunun parlaq addımlarının nəticəsidir, onun hazırlanması bir həftədən, hətta bir aydan çox çəkdi. Biz parlaq bir əməliyyat görürük", - Musienko bildirib.

Ekspert söyləyib ki, Ukraynanın əsas məqsədi Rusiyanı məğlub etmək və düşmən donanmasını sıradan çıxartmaqdır.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Qeyd edək ki, sentyabrın 22-də Rusiyanın Qara dəniz Donanmasının Sevastopoldakı qərargahı raket atəşinə tutulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol