“SpeysX” daha 22 “Starlink” peykini orbitə çıxardı

17:52 - 24 Sentyabr 2023 - GÜNDƏM

 “SpeysX” daha 22 “Starlink” peykini orbitə çıxardı

“SpeysX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.

BUTA.TV xəbər verir ki, daşıyıcı raket Florida Ştatında yerləşən Kanaveral burnundakı 40-cı start kompleksindən fəzaya buraxılıb.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 110-cu qrupudur. “SpeysX” indiyədək kosmik fəzaya ümumilikdə 5,1 mindən çox peyk buraxıb. Onların 4,8 mini işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpeysX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol