5 qəpiklik metal pul nişanları yeniləndi

09:26 - 25 Sentyabr 2023 - GÜNDƏM

 5 qəpiklik metal pul nişanları yeniləndi

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb.

AMB-dən BUTA.TV-a verilən məlumata görə, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.

Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol