Qarabağ məsələsində İrəvan qalib gəldi - Şevçenko

11:16 - 25 Sentyabr 2023 - GÜNDƏM

 Qarabağ məsələsində İrəvan qalib gəldi - Şevçenko

Rusiya Qarabağ münaqişəsinin həllində qalib gəldi. Çünki o, Cənubi Qafqazda indiki vəziyyətdə ölkəmizə açıq-aşkar dostluq göstərməyən Avropa Birliyinin, ABŞ-ın və digər müxtəlif xarici oyunçuların yaratdığı son dərəcə təhlükəli problem düyününü açdı.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı jurnalist, politoloq Maksim Şevçenko deyib.

Qarabağın Azərbaycan ərazisi olduğunu xüsusi vurğulayan Şevçenko bildirib ki, Ermənistan bu məsələdə heç də uduzmayıb.

“Qərb tərəfindən bu manipulyasiya ehtimalının aradan qaldırılması əla nəticədir. Erməni məsələsindən pul qazanan, özlərinə siyasi ad yaradan və regionda geosiyasi manipulyasiyalar aparmağa çalışan lobbi məğlub oldu. Ermənistan isə qalib gəldi”, - Şevçenko əlavə edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol