İsrail bu ölkələrlə yaxınlaşır - Rəisidən etiraz

12:20 - 25 Sentyabr 2023 - GÜNDƏM

 İsrail bu ölkələrlə yaxınlaşır - Rəisidən etiraz

İsrailin bölgədəki ərəb ölkələri, o cümlədən, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması istiqamətində səyləri baş tutmayacaq.

BUTA.TV xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi CNN telekanalına müsahibəsində deyib.

O, İranın Təl-Əvivlə ərəb ölkələrinin münasibətlərinin yaxşılaşdırılmasının əleyhinə olduğunu bildirib.

Rəisinin bu çıxışı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və İsrailin Baş naziri Benyamin Netanyahunun iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesinin davam etməsi ilə bağlı bəyanatlarından iki gün sonraya təsadüf edir.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

İsrail və Səudiyyə Ərəbistanının rəsmiləri qarşıdakı 5 ay ərzində diplomatik əlaqələrin qurulacağını deyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol