Kreml ümid edir ki, Türkiyə və Azərbaycan liderləri arasında Naxçıvanda keçiriləcək görüş Qarabağda təhlükəsizliyə və regionda həyatın normallaşmasına töhfə verəcək.
BUTA.TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ərdoğanla Əliyev arasında keçiriləcək görüşü şərh edərkən deyib.
“Hər dəfə ümid edirik ki, Azərbaycan Prezidentinin bütün görüşləri, o cümlədən Türkiyə Prezidenti ilə görüşü regionda təhlükəsizliyə və baş verənlərdən sonra Qarabağda həyatın normallaşmasına töhfə verəcək. Məhz belə gözləntilərimiz var”, - o bildirib.
Peskov qeyd edib ki, Türkiyə və Azərbaycan suveren ölkələrdir və əməkdaşlığı inkişaf etdirmək üçün öz suveren hüquqlarından istifadə edirlər:
“Biz Bakı ilə Ankara arasında nə qədər sıx münasibətlər olduğunu bilirik. Və öz növbəsində bizim də Ankara və Bakı ilə heç də dar olmayan yaxın münasibətlərimiz var”.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu