Ağdərədə nə baş verir? - Gürciyan açıqladı

16:12 - 25 Sentyabr 2023 - GÜNDƏM

 Ağdərədə nə baş verir? - Gürciyan açıqladı

Ağdərədəki birliklər tamamilə təslim olub, şəhər bomboşdur.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu keçmiş qondarma rejimin Ağdərəyə təyin etdiyi “mer” Mişa Gürciyan deyib.

“Şəhər tamamilə boşdur. Sakinləri daşıyan son maşın dünən şəhəri tərk edərək Xankəndiyə yollandı. Artıq çatıblar”, - o bildirib.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə hərbçimizin keçmiş Ağdərə şəhərinin girişinə Azərbaycan bayrağını asmasını əks etdirən görüntülər yayılmışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol