Qazaxıstan və Ermənistan KTMT-dən çıxır?

16:56 - 25 Sentyabr 2023 - GÜNDƏM

 Qazaxıstan və Ermənistan KTMT-dən çıxır?

Ermənistan və Qazaxıstan KTMT-dən çıxmaq üçün danışıqlar aparmır.

BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

“Məlumat yayılır ki, guya Qazaxıstan və Ermənistan danışıqlar aparır. Bu doğru deyil. Bir neçə gün əvvəl KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. Və orada təşkilatın gələcək inkişaf yolları, bu təşkilat çərçivəsində qarşılıqlı əlaqələr müzakirə edilib. Biz bu istiqamətdə işləyirik”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl internetdə Qazaxıstan və Ermənistanın KTMT-dən çıxmaq üçün danışıqlar apardığı barədə məlumat yayılmışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol