ABŞ onları İrəvana göndərdi: “narahatdır”

18:20 - 25 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ onları İrəvana göndərdi: “narahatdır”

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer ABŞ-ın Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və demokratiyasına dəstəyini təsdiqləmək və Qarabağda “son zorakılıqdan” irəli gələn humanitar ehtiyacları həll etmək üçün bu gün Ermənistana gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Samanta Pauerlə birlikdə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim də İrəvana gəlib.

“ABŞ regionda ləyaqətli və davamlı sülhə nail olmaq üçün Ermənistanı dəstəkləməkdə davam edir. Vaşinqton Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahatdır və beynəlxalq humanitar təşkilatlara və kommersiya daşımalarına maneəsiz çıxışa çağırır”, - məlumatda qeyd olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Qeyd edək ki, Yuri Kim 14 sentyabrda ABŞ Senatında keçirilən dinləmələrdə Ermənistanı öz maraqlarına uyğun dəstəklədiklərini açıq etiraf edərək, ölkəmizin əleyhinə bəyanat səsləndirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol