Son bir həftədə koronaya yoluxma sayı açıqlandı

19:32 - 25 Sentyabr 2023 - GÜNDƏM

 Son bir həftədə koronaya yoluxma sayı açıqlandı

Sentyabrın 18-dən 24-dək Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına 229 yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 832 min 809 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 min 263 nəfər müalicə olunaraq sağalıb, 10 min 321 nəfər vəfat edib. Aktiv xəstə sayı 225 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 729, bu günə qədər isə ümumilikdə 7 milyon 684 min 217 test icra olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol