İran səkkiz ölkəyə ittifaq yaratmağı təklif etdi

20:28 - 25 Sentyabr 2023 - GÜNDƏM

 İran səkkiz ölkəyə ittifaq yaratmağı təklif etdi

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Fars körfəzinin səkkiz sahilyanı dövlətinə regional təhlükəsizliyi təmin etmək üçün dəniz ittifaqı yaratmağı təklif edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Kontr-admiral Əli Rza Tanqsirinin sözlərinə görə, Körfəz ölkələri səkkiz dövlətin ittifaqı çərçivəsində qarşılıqlı əməkdaşlıq yolu ilə regional təhlükəsizliyi təmin etməyə qadirdir:

“Dəniz ittifaqı region xalqlarının sülh şəraitində yaşamasına kömək edəcək. Kənar şəxslər regionda qanunsuz mövcudluğuna haqq qazandırmaq üçün iranofobiyaya təhrik edirlər. Xarici hərbi qüvvələr silah satmaq və neft ehtiyatlarını talamaq məqsədilə bölgədə yerləşirlər”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol