Qurbanov qırmızı almasından danışdı: Müdaxilə oldu...

22:28 - 25 Sentyabr 2023 - GÜNDƏM

 Qurbanov qırmızı almasından danışdı: Müdaxilə oldu...

Kənardan futbolçuma müdaxilə oldu. Həmin şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim.

BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII tur oyununda texniki zonadan uzaqlaşdırılması ilə bağlı danışarkən deyib.

51 yaşlı mütəxəssis görüşdən sonra hakimlə söhbətinin pis alınmadığını bildirib:

"Deyiləsi bir söz yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi, sonra Medina özünü saxlaya bilmədi və qarşılıq verdi. Bütün oyunçular bu cür davranışlara görə cəza alırlar. Onları da başa düşmək lazımdır. Futbolçuların da xarakteri var. Amma belə qırmızı vərəqəyə görə cəza alırlar".

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol