Ukrayna Polşa hakimiyyətini devirməyə çalışır? - Şok

01:44 - 26 Sentyabr 2023 - GÜNDƏM

 Ukrayna Polşa hakimiyyətini devirməyə çalışır? - Şok

Almaniya və Fransanın Polşa hökumətinin devrilməsi müqabilində Kiyevin AB-yə tezliklə daxil olmasını təmin etmək vədi barədə deyilənlər həqiqətə uyğun deyil və Kiyev bunu qəti şəkildə rədd edir.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko deyib.

Qeyd edək ki, söhbət polşalı jurnalist Dominika Çosicin X sosial şəbəkəsində yayımladığı iddialardan gedir.

Jurnalist bildirir ki, Berlin və Paris Brüsseldə qeyri-rəsmi formada Kiyevə Polşadakı hakimiyyəti devirməyə yardım edəcəyi təqdirdə, Ukraynanın ittifaqa tez bir zamanda qoşulmasının təmin ediləcəyi barədə söz verib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Belə ki, AB müqavilələrinin dəyişikliyi olmadan ittifaq genişlənə bilməz və məhz Polşa bu dəyişikliklərin əleyhinədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol