Rusiyadan ABŞ-a Ermənistan xəbərdarlığı

11:42 - 26 Sentyabr 2023 - GÜNDƏM

 Rusiyadan ABŞ-a Ermənistan xəbərdarlığı

Vaşinqton Ermənistanda antirusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan eyhamlardan çəkinməlidir.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“ABŞ rəsmilərinin bu cür eyhamları yersizdir. Amerikalılar əslində daxili və xarici siyasətdə öz uğursuzluqlarına görə məsuliyyətdən boyun qaçırmağa çalışan bəzi erməni siyasətçilərin qeyri-konstruktiv ictimai bəyanatlarını təkrarlayırlar.

Rusiya Ermənistanın etibarlı müttəfiqi olub və qalır. Biz həmişə bu qardaş xalqa lazımi köməklik göstərmişik, o cümlədən Qarabağa sülhməramlılarımızı göndərmişik. Rus əsgərlərin öz postlarında həlak olması faktı yalnız Rusiyanın Azərbaycan və Ermənistan xalqları arasında sülhə nail olmaq üçün çətin qərarlar qəbul etməyə hazır olduğunu göstərir.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Biz Vaşinqtonu Ermənistanda antirusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan son dərəcə təhlükəli hərəkətlərdən çəkinməyə çağırırıq. Bu cür ittihamlar yalnız onu göstərir ki, ABŞ və müttəfiqlərinin məqsədi vəziyyəti normallaşdırmaq və Cənubi Qafqazın dinc inkişafını təmin etmək deyil, bizi regiondan sıxışdırıb çıxarmaq üçün Rusiyaya strateji ziyan vurmaq və Avrasiyada qəsdən sabitliyi pozmaqdır”, - səfir bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol