Admiralın ölümünü rus zabitlər təşkil edib - Şok iddia

12:22 - 26 Sentyabr 2023 - GÜNDƏM

 Admiralın ölümünü rus zabitlər təşkil edib - Şok iddia

Sentyabrın 22-də Rusiya Qara dəniz Donanmasının Sevastopoldakı qərargahına zərbənin endirilməsinə narazı rus zabitləri kömək edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Kiyev Post” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Krımdakı “Atəş” partizan hərəkatının üzvləri yüksək rütbəli komandirlərin yerləri və fəaliyyətləri haqqında əsas məlumatları pul qarşılığında rus zabitlərdən alıblar.

“Ötən həftə Rusiya Qara dəniz Donanmasının qərargahına dağıdıcı raket hücumunda Moskvanın hərbi qulluqçularına vaxtında maaş verməməsi əsas rol oynayıb”, - nəşr bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Partizan hərəkatı pul mükafatının məbləğini açıqlamayıb, lakin bunun zabitlər və onların ailələri üçün riskləri gözə almağa kifayət etdiyini bildirib.

Qeyd edək ki, sentyabrın 22-də Rusiya Qara dəniz Donanmasının Sevastopoldakı qərargahına endirilən raket zərbələri nəticəsində donanmanın komandanı, vitse-admiral Viktor Sokolov və 34 yüksək rütbəli zabit öldürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol