Qarabağda yaşamaq istəməyənlər üçün… - ABŞ

14:18 - 26 Sentyabr 2023 - GÜNDƏM

 Qarabağda yaşamaq istəməyənlər üçün… - ABŞ

Bizim üçün hazırda mövcud atəşkəsin qorunub saxlanması, növbəti hərbi əməliyyatların olmaması, Qarabağ əhalisinin humanitar ehtiyaclarının ödənilməsi vacibdir.

BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycanın Qarabağ iqtisadi rayonundakı hazırkı vəziyyətlə bağlı qeyd edib.

“Ordakı humanitar vəziyyətə gəlincə, Qarabağdakı etnik ermənilər istəsələr öz evlərində sülh və ləyaqət içində, hüquq və təhlükəsizliklərinə hörmət edilməklə yaşaya bilərlər. Getmək istəyənlərə neytral, müstəqil, üçüncü tərəfin nəzarəti altında təhlükəsiz keçid təmin edilməlidir. Və Azərbaycan mülki insanları qorumaq və hər kəslə, o cümlədən yaraqlı hesab etdiyi şəxslərlə humanist rəftar edilməsini təmin etmək üçün məsuliyyət daşıyır”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol