Ermənistan hökumətini devirmək üçün hərbi çevriliş lazımdır. Mən bu barədə 44 günlük müharibə zamanı da demişdim. O vaxt bu xəstə (Paşinyanı nəzərdə tutur - red.) sərxoş halda Ali Baş Komandan kimi onun qabiliyyətinə heç kimin şübhə etməməsinə çağırış etmişdi. Hərbi çevrilişə ehtiyac var. Amma dövlətçiliyi, Qarabağı (Xankəndidəki separatçılar - red.) xilas etmək üçün lazımi addımları ata biləcək ordumuz, generallarımız yoxdur.
BUTA.TV xəbər verir ki, bunu erməni arxiyepiskopu Mikael Acapaxyan deyib.
“Generallar bunu etmədilər və günah onların üzərindədir. Onların günahı bu xəstədən (Paşinyanı nəzərdə tutur - red.) daha çoxdur. Axı bu adam xəstədir, namərddir. Onun ölkəni hara apardığı rəhbərlik etdiyi ilk günlərdən, aylardan bəlli idi. Məgər generallar bundan xəbərsiz idilər, yoxsa müdaxilə edə bilmirdilər? Milli Təhlükəsizlik Xidməti müdaxilə edə bilməzdi? Hansı Konstitusiya sistemi, hansı Konstitusiya? Kağız parçası olan Konstitusiya ölkənin təhlükəsizliyindən daha önəmlidirmi? Ölkəni xilas etməlisən, yoxsa bir kağız parçasını? Onların xilas etdiyi yeganə şey “öz arxaları” oldu. Vazgen bir dəfə “nə yaxşı ki, biz erməniyik” sözünü demişdi, indi buna şübhəm var. Erməni olmaq necə də bədbəxtlikdir”, - o bildirib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu