Vardyanyan Rusiya üçün önəmli deyil – Markov

17:48 - 27 Sentyabr 2023 - GÜNDƏM

 Vardyanyan Rusiya üçün önəmli deyil – Markov

Ruben Vardanyanın Laçın keçid məntəqəsində həbsi onun Rusiya dövləti ilə əlaqəsi olmadığını göstərir. Əgər onun Moskva ilə bağı olsaydı, Vardanyanı ya sülhməramlılar keçirərdilər, ya da Rusiya xüsusi xidmət orqanları ona kömək edərdilər.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Onlar keçirmədilər. Kömək etmədilər. Bu isə o deməkdir ki, Vardanyan Rusiya hakimiyyəti üçün önəmli deyil. Azərbaycanın xüsusi xidmət orqanları isə Qarabağdan çıxışa tam nəzarət edir”, - o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri”, separatçı Ruben Vardanyanı həbs edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol