Ermənipərəst senator və xanımı azadlığa buraxıldı

22:40 - 27 Sentyabr 2023 - GÜNDƏM

 Ermənipərəst senator və xanımı azadlığa buraxıldı

ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendez, həyat yoldaşı və daha iki nəfər sərbəst buraxılıb.

BUTA.TV xəbər verir ki, onlar girov müqabilində azadlığa buraxılıb.

Qeyd olunur ki, Menendezdən 100 min, həyat yoldaşından isə 250 min dollar girov qoyulması tələb olunurdu. Onlar səyahət məhdudiyyətlərinə məruz qalıblar. Xüsusilə, senatorun xaricə yalnız rəsmi işləri ilə getməsinə icazə verilir.

Cütlük şəxsi pasportlarını təhvil verməlidir. Onlar məhkəməyə qədər nəzarət altındadırlar.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Növbəti iclas oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, Nyu Cersi demokratı korrupsiyada, o cümlədən Misir hakimiyyətinə külli miqdarda rüşvət verməkdə və iş adamlarına cinayət işini dayandırmağa kömək etməkdə ittiham olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol