Sərdar Babayevə hökm oxundu

13:34 - 28 Sentyabr 2023 - GÜNDƏM

 Sərdar Babayevə hökm oxundu

Dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sərdar Babayev Maide.az saytının rəhbəri olub.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub.

Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol