“Artsax” bitdi: İrəvandakı rus müxbir gördüklərindən heyrətləndi

13:46 - 28 Sentyabr 2023 - GÜNDƏM

 “Artsax” bitdi: İrəvandakı rus müxbir gördüklərindən heyrətləndi

Tanınmamış “dağlıq qarabağ respublikası”nın ləğvi Ermənistan vətəndaşları arasında ciddi reaksiyaya səbəb olmadı.

Axar.z Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “RİA Novosti”nin İrəvanda olan müxbiri qeyd edib.

O bildirib ki, Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalasa da, İrəvanda buna reaksiya verilmir:

“Son günlərdə tez-tez etiraz aksiyalarının keçirildiyi İrəvanın mərkəzi meydanında vəziyyət sabitdir. Ətraf ərazilərdə də sakitlikdir. Hazırda meydanda turistlər gəzir, vətəndaşlar isə öz işləri ilə məşğuldurlar. Aksiyaların keçirildiyi Nazirlər Kabinetinin binası qarşısında polis nəzarəti gücləndirilib. Onların arxasında isə xüsusi təyinatlı əsgərlər dayanıb”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Qeyd edək ki, separatçıların rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı “fərman” imzalayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol