Zəngəzur dəhlizinin açılması... – TBMM sədri

17:32 - 28 Sentyabr 2023 - GÜNDƏM

 Zəngəzur dəhlizinin açılması... – TBMM sədri

Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün region ölkələrinin xeyrinədir.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Avropa Birliyinə üzv dövlətlərin parlament sədrlərinin konfransının birinci sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın müharibədən başqa yolu yox idi:

“Beynəlxalq təşkilatlar öz işini görmədi. Ona görə də Azərbaycan 44 günlük müharibəyə başlamalı oldu. İnşallah, Qarabağ sonsuzadək Azərbaycanın olacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

N.Qurtulmuş vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün region ölkələrinin xeyrinədir:

“Həmçinin, Zəngəzur dəhlizinin açılması təkcə bir dövlətə yox, bütün regiona lazımdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol